---
27 iyun 2020
51

Koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitəcək? - AÇIQLAMA

Milliinfo.az

Koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitəcək? -
AÇIQLAMA



Koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitəcək? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi Azərbaycanda ümumi karantin rejimi avqustun 1-nə kimi uzadılıb. Hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəli sərt karantin rejimi elan edilib. Sərt karantin rejimi elan edilməsinə baxmayaraq gündəlik yoluxanların sayı 590-a qədər yüksəldi. Qeyd edək ki, Belarus müəyyən qaydaları saxlamaqla karantin rejiminin ləğv edilməsi ilə bağlı qəra qəbul etmişdi. Belarusun Səhiyyə nazirliyi bildirib ki, son günlərin göstəricisi 500 nəfərdən azdır. Azərbaycanda koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bir çox dövlətlərdə qoyulan qaydalara kütləvi şəkildə əməl edənlərin sayı etməyənlərdən çoxdur:

"Bizdə isə qaydalara əməl etməyənlərin sayı daha çox idi. Azərbaycanda karantin rejimi may ayında xeyli yumşaldı. İmkan yaradıldı ki, insanlar özlərini tənzimləsinlər. Amma insanlar qoruyucu tibii maskadan istifadə etmədən ticarət mərkəzlərinə daxil olur, avtobuslara minir. Bizdə koronavirusun daha çox yayıldığı ocaq Bakı şəhəridir.
Bilirsiniz ki, Bakı təkcə mərkəzdən ibarət olan şəhər deyil. Bakının hər tərəfinə polis postunun qoyulması mümkün deyil. İnsanlar bu qədər həngamədən sonra normal yas mərasimi keçirmək istəmir. Yenə də yas mərasimlərinə 50 nəfəri yığdılar. Prosesi tənzimləmək mümkün olmadı. İnsanlarımız qohumlarının gəlişini saatla tənzimləyə bilərdi. Anlayıram, kimsə o ailəni ziyarət etməlidir.

Evlərində yoluxan insanları təcili tibii yardım gəlib apara bilir. Maska taxmayan insanlara qarşı cərimələr tədbiq edilib. Yəqin ki, o cərimələr də sərtləşdiriləcək. Söhbət burada vətəndaşın pulunu almaqdan getmir. Cərimələrin sərtləşdirilməsinə insanlar etiraz edir, bildirirlər ki, imkanları yoxdur. İmkanın yoxdursa, qaydalara əməl et. Sənə görə niyə qaydalara əməl edən insanlar xəstəliyə yoluxmalıdır? Ona görə də Belarusda tədbiq edilən qaydaların bizdə müsbət nəticə verəcəyini güman etmirəm. Bəlkə orada prezident tam arxayın idi ki, insanlar qaydalara tam əməl edəcək. Biz də yumşalmalar oldu. Nəticə nə oldu? Hamı yaxın məsafədə, ağız-ağıza oldu. İnsanlarımız məsafə saxlamadan ünsiyyət qoyur. Gün ərzində yüzlərlə belə insanla qarşılaşıram. Gəlir, əlini uzadır. Elə bil 5 ay keçib. Ona görə heç bir şeyin əhəmiyyəti yoxdur. Sual verirəm ki, niyə əlini uzadırsan. Deyir nə olacaq ki, onsuz koronavirus yoxdur. Cəmiyyətdə həmin bu inanmayanlar problem yaradır. Bu gün o inanmayan insanlar qorxudan inanmağa başlayır.

Təəssüf ki, bizdə maarifçilik işləri də zəif təşkil edildi. Bu sahənin mütəxəssislərini ortaya çıxarıb normal şəkildə maarifləndirmə işləri aparılmadı. Bu peşə ilə əlaqəsi olmayan insanların öndə olduğunu biz müşahidə etdik. Bu yetərli deyil. İnsanlara düzgün tövsiyələr verilməlidir. Savadlı alimlər bu işlərə cəlb edilməli idi. Bizdə yoxdursa, Türkiyədən dəvət etmək olardı. Onlar Azərbaycan həkimləri ilə televiziyalara və mətbuata çıxsınlar. İnsanlar fərqli platformada müzakirələr dinləyəndə təhlükəni daha yaxşı anlaya bilir. Bu məsələni təkcə polisin üzərinə qoymaq düzgün deyil. Çünki polis nəzarəti ilə olmaz. Vətəndaş məsuliyyəti və sağla yanaşması olmasa vəziyyət heç də xoşa gələn istiqamətdə getməyəcək".