Cəmiyyət
26 oktyabr 2023
0
Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi
![Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi](https://azadmedia.az/uploads/posts/2023-10/1698345957_yen.jpg)
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev vəzifədən azad edilib. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib.
Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.(“Qafqazinfo”)
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər: