Cəmiyyət / Gündəm
29 noyabr 2023
0
MN-dən hərbçilərin pensiya yaşının artırılmasına münasibət
![MN-dən hərbçilərin pensiya yaşının artırılmasına münasibət](https://azadmedia.az/uploads/posts/2023-11/1701252246_parad-yeni-1.jpg)
Azərbaycanda hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılmasının səbəbi açıqlanıb.
Bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunda xidmət etmək istəyənlərin sayı çoxalır: "Biz yaş həddini artırmaqla onlara inkişaf və orduda xidmət etməyə şərait yaradırıq. Bunu etməklə də onların pensiyaya çıxmaq hüququnu pozmamaq üçün həmin faizləri də üstünə gəlirik. Hətta bu faizlərin digər qurumlarda 2 faiz olmasına baxmayaraq, biz 3 faiz üzərinə gələcəyik".
Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamətə təklif edilən dəyişikliklə dövlət tərəfindən yetişdirilməsinə zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Hərbi xidmətkeçmə haqqında Əsasnamədə dəyişiklik ediləcək](http://azadmedia.az/uploads/posts/2022-09/1662989359_1662988728_herbi-xidmet.jpg)
Hərbi xidmətkeçmə haqqında Əsasnamədə dəyişiklik ediləcək
Gündəm / Cəmiyyət![Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı](http://azadmedia.az/uploads/posts/2022-04/1650630452_1650626689_1639718790_1631077808_millimeclis-1.jpg)
Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Cəmiyyət![Onların maaşı 50 faiz artırıldı - Sərəncam](https://qafqazinfo.az/uploads/1608304123/ilham.jpg)
Onların maaşı 50 faiz artırıldı - Sərəncam
Gündəm![Milli Məclisin növbəti iclası təxirə salındı](/templates/everyday-106-blue/dleimages/no_image.jpg)
Milli Məclisin növbəti iclası təxirə salındı
Siyasət![Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ](http://azadmedia.az/uploads/posts/2022-04/1650436684_1650436060_43.jpg)
Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ
Gündəm / Cəmiyyət