Cəmiyyət / Sosial
02 avqust 2024
0

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 3-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.

Səfər Səudiyyə Ərəbistanının İslam işləri, İrşad və Dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir.

QMİ sədri avqustun 4-5-də Məkkə şəhərində keçirilən beynəlxalq konfransda iştirak edəcək.

Səfər çərçivəsində A.Paşazadənin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.