Cəmiyyət
28 iyul 2022
29

Ordumuz Ermənistan istiqamətində atəş açmayıb - RƏSMİ

Ordumuz Ermənistan istiqamətində atəş açmayıb - RƏSMİ


Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu məlumatlar dezinformasiya xarakteri daşıyır.