Dünya / İdman
22 aprel 2020
29

UEFA ÜST-dən tövsiyə aldıqları xəbərini təkzib etdi

Milliinfo.az

UEFA ÜST-dən tövsiyə aldıqları xəbərini təkzib etdi



UEFA ÜST-dən tövsiyə aldıqları xəbərini təkzib etdi
UEFA Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) yarışların bərpa vaxtına dair tövsiyə aldıqlarına dair xəbərlərə münasibət bildirib.

"Report" xəbər verir ki, Avropa futbol qurumunun nümayəndəsi "The İndependent" nəşrinə açıqlamasında belə məlumatları təkzib edib.

Adı açıqlanmayan həmin şəxs ÜST-dən 2021-ci ilin sonunadək beynəlxalq turnirlərin ləğv olunması barədə tövsiyə almadıqlarını vurğulayıb. O, hazırkı mövsümün təhlükəsiz vaxtda bərpası üçün danışıqların davam etdirildiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Veja" nəşri ÜST-ün UEFA-ya 2021-ci ilin sonunadək beynəlxalq turnirləri ləğv etməyi tövsiyə etdiyini yazıb.