Dünya
23 aprel 2020
24

İranda koronavirusa görə bağlanan parklar açıldı

Milliinfo.az

İranda koronavirusa görə bağlanan parklar açıldı


İranda koronavirusa görə bağlanan parklar açıldı
İranda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan park və bağçalar 1 aydan sonra yenidən açılır.

“Report” IRNA-ya istinadən xəbər verir ki, parklar ilkin olaraq paytaxt Tehranda açılılıb.

“Koronavirus artıq azalmağa doğru gedir. Bu da görülən tədbirlərin önəmi və xalqın həmrəyliyinin göstəricisidir”, - daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda indiyədək koronavirusa yoluxanların sayı 86 minə yaxınlaşıb. Bunlardan 63 113 nəfər virusdan sağalsa da, 5 391 nəfər ölüb