Dünya / Səhiyyə
29 aprel 2020
40

Ermənistanda koronavirusa yoluxanların sayı 1 932-yə çatdı

Milliinfo.azErmənistanda koronavirusa yoluxanların sayı 1 932-yə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 1 932-yə çatdıErmənistanda daha 65 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 932-yə yüksəlib.

Məlumata görə, ölkədə virusdan ümumilikdə 30 nəfər ölüb.

Qeyd edək ki, aprelin 28-nə olan məlumata görə, ölkədə bir gündə 59 yoluxma faktı və 1 ölüm qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 139 000-i ötüb. Bunların 959 224 nəfəri sağalıb, 218 024 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.