Dünya
24 avqust 2023
1

Mişustin İrəvandadır

Mişustin İrəvandadır


Rusiyanın baş naziri Mixail Mişustin Ermənistana səfər edib və bu gün Avrasiya İqtisadi İttifaqından (Aİİ) olan həmkarları ilə görüşəcək.

Mişustinin təyyarəsi İrəvana enib. Mişustin kurort şəhəri Tsaqkadzora gedəcək və burada hökumətlərarası şuranın iclası keçiriləcək.

Tədbirdə Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın baş nazirləri də iştirak edəcəklər.

Bundan başqa, Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Mənbə: TASS