Dünya
12 may 2020
37

Ermənistan Mərkəzi Bankının qarşısında aksiya keçirildi

Milliinfo.az

Ermənistan Mərkəzi Bankının qarşısında aksiya keçirildi



Ermənistan Mərkəzi Bankının qarşısında aksiya keçirildiErmənistan Mərkəzi Bankının binası qarşısında maliyyə qurumunun fəaliyyətinə etiraz olaraq aksiya keçirilib.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, onlar bankın nümayəndəsi ilə görüş tələb ediblər.

Polis əməkdaşı aksiya iştirakçılarından birinin binaya keçərək Mərkəzi Bankın nümayəndəsi ilə görüşməyi təklif edib. Ancaq iştirakçılar görüşdən imtina ediblər.

Aksiyaçılar bankın nümayəndəsinin onlarla görüşə çıxmasını tələb ediblər.

Bundan sonra polis etirazçıları aksiyanı dayandırmağa çağırıb. Asayiş keşikçiləri bildiriblər ki, komendantın qərarı ilə aksiyaya icazə verilməyib və onlar məsafəni qorumalıdır. Ancaq etirazçılar aksiya keçirmədiklərini və bankın nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər.

Ermənistan polis rəisinin müavini Edqar Canoyan deyib ki, 2 nəfər mərkəzi polis bölməsinə aparılıb. Onlar polis əməkdaşının qanuni tələblərinə əməl etməməkdə ittiham olunurlar.