Dünya
27 iyun 2020
34

Britaniyada koronavirusdan ölənlərin sayı yenidən artır

Milliinfo.az

Britaniyada koronavirusdan ölənlərin sayı yenidən artır



 Britaniyada koronavirusdan ölənlərin sayı yenidən artır


Böyük Britaniyada koronavirusdan ölənlərin sayı yenidən artmağa başlayıb. Son 24 saat ərzində ölkədə 186 nəfər həyatını itirib.

Son günlərdə ölüm hallarında azalma müşahidə olunsa da, yenidən artım baş verib. Mütəxəssislər bunun əsas səbəbinin havanın temperaturunun yüksəlməsindən sonra insanların kütləvi şəkildə çimərliklərə axın etməsi olduğunu bildirirlər.

Səhiyyə naziri Mat Hankok ölüm hallarında artım davam edərsə, çimərliklərin bağlana biləcəyini deyib.