Dünya
03 iyul 2020
107

Türkiyədə fabrikdə PARTLAYIŞ BAŞ VERDİ - 56 nəfər xəsarət aldı / VİDEO

Milliinfo.az

Türkiyədə fabrikdə PARTLAYIŞ BAŞ VERDİ - 56 nəfər xəsarət aldı / VİDEO



Türkiyədə fabrikdə PARTLAYIŞ BAŞ VERDİ - 56 nəfər xəsarət aldı / VİDEO


Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.

Metbuat.az xəbər verir ki, Sakarya valisi Çetin Oqtay Kaldırım bildirib ki, hadisə nəticəsində xəsarət alanların sayı 56 nəfərə çatıb.
O, partlayış nəticəsində ölənlərin olmadığını qeyd edib. Sakarya valisi yaralıların xəstəxanalara yerləşdirildiyini vurğulayıb.

Zavod sahibinin verdiyi məlumata görə içəridə təxminən 150-200 nəfər var, ancaq partlayışlar davam edir və müdaxilə edilə bilməz.

'' Hadisəni yaxından izləyirik. Bütün təhlükəsizlik tədbirlərini aldıq, vətəndaşların yaxınlaşmasına imkan vermirik.Hadisə barədə ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik. "
Onun sözlərinə görə, fabrikin anbarında 110 ton partlayıcı maddə var.