Dünya
04 aprel 2022
37

Zelenski rusların qırğın törətdiyi Buçaya GETDİ

Zelenski rusların qırğın törətdiyi Buçaya GETDİ


Ukrayna lideri Zelenski dünyanı sarsıdan görüntülərə səhnə olan Buçaya səfər edib.

Rusiyanın şəhərdə mülki əhalini qətlə yetirdiyi iddialarından sonra Buçaya gedən Zelenski yerli xalqla danışıb. Britaniyanın BBC telekanalına müsahibə verən Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və qırğınlar törətdiyini bildirib.

Ukrayna prezidenti Rusiya ilə sülh danışıqlarının davam edib-etməyəcəyi sualına “Bəli, biz diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”, - cavabını verib.