Dünya
21 aprel 2022
36

Rusiya 3 ölkənin konsulluqlarını bağlayır

Rusiya 3 ölkənin konsulluqlarını bağlayır


Latviya, Estoniya və Litvanın Sankt-Peterburqdakı baş konsulluqları bağlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında Latviyanın Pskovdakı konsulluğunun da bağlanması qeyd olunub.

Onların bütün işçiləri persona non-qrata elan edilib. Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib ki, bu qərar Rusiyanın bu ölkələrdəki diplomatik nümayəndəliklərinin bağlanmasına cavab olaraq qəbul edilib.