Gündəm / Şou
13 yanvar 2023
9
Əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı
![Əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı Əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı](https://azadmedia.az/uploads/posts/2023-01/1673599253_1673591371_1639981531_900dc949-8791-3ffa-beef-0e4491f29708_850-1.jpg)
"Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilsin:
1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;
1.2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;
1.3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat.
2. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937; 2019, № 4, maddə 639; 2020, № 12 (I kitab), maddə 1492; 2021, № 8, maddə 922) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “400” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;
2.2. 1.2-ci bənddə “350” rəqəmləri “400” (dörd yüz) sözləri ilə əvəz edilsin;
2.3. 1.3-cü bənddə “300” rəqəmləri “330” (üç yüz otuz) sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![ŞAD XƏBƏR: Bu şəxslərə verilən aylıq təqaüdün məbləği ARTIRILDI](/uploads/posts/2021-01/medium/1609495680_ebfd4a54-a463-3262-ad93-7c583adac9e6_850.jpg)
ŞAD XƏBƏR: Bu şəxslərə verilən aylıq təqaüdün məbləği ARTIRILDI
Gündəm / Cəmiyyət / Sosial![Sosial müavinətlərin məbləği ARTIRILDI - SƏRƏNCAM](https://azadmedia.az/uploads/posts/2023-01/1673591749_1673591398_0021-1.jpg)
Sosial müavinətlərin məbləği ARTIRILDI - SƏRƏNCAM
Gündəm / Siyasət![I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA](/uploads/posts/2019-05/1557580152_elil_arabasi_02541.jpg)
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA
Cəmiyyət![Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 600 manat oldu](https://azadmedia.az/uploads/posts/2023-01/1673596421_1673591720_8034dd48-7f9f-38cc-8ed2-6d4db9798cc7_850-1.jpg)
Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 600 manat oldu
Gündəm / Cəmiyyət![Bu şəxslərə ev veriləcək - SƏRƏNCAM](https://azadmedia.az/uploads/posts/2022-12/1670421629_1670420535_1584014662_serecam-2-1.jpg)
Bu şəxslərə ev veriləcək - SƏRƏNCAM
Gündəm / Siyasət