Gündəm / Cəmiyyət
14 fevral 2023
0
Xilasedicilərimiz Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - VİDEO
![Xilasedicilərimiz Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - VİDEO](https://azadmedia.az/uploads/posts/2023-02/1676357468_1676354044_14d0939_5.jpg)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Xilasedicilərimizin axtarış-xilasetmə əməliyyatlarından yeni GÖRÜNTÜ](https://azadmedia.az/uploads/posts/2023-02/1676269860_1676267319_13d0938_1a.jpg)
Xilasedicilərimizin axtarış-xilasetmə əməliyyatlarından yeni GÖRÜNTÜ
Gündəm / Video![FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxardı](https://azadmedia.az/uploads/posts/2023-02/1675775181_1675773880_07d1637_img-20230207-wa0007-1.jpg)
FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxardı
Gündəm / Cəmiyyət![Xilasedicilərimiz 16 nəfəri dağıntılardan sağ qurtardı - Video](https://azadmedia.az/uploads/posts/2023-02/1675833331_xls.jpg)
Xilasedicilərimiz 16 nəfəri dağıntılardan sağ qurtardı - Video
Gündəm / Cəmiyyət![Xilasedicilərimiz axtarış əməliyyatlarına başladı - Video](https://azadmedia.az/uploads/posts/2023-02/1675757796_07d1124_1.jpg)
Xilasedicilərimiz axtarış əməliyyatlarına başladı - Video
Gündəm / Sosial![FHN-in xilasediciləri daha 3 nəfərin cəsədini çıxardı](https://azadmedia.az/uploads/posts/2023-02/1676291619_1676287688_fhn_dagintilar_120223_1.jpg)
FHN-in xilasediciləri daha 3 nəfərin cəsədini çıxardı
Gündəm / Cəmiyyət