Gündəm / Cəmiyyət
20 fevral 2023
0
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
![Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI](https://azadmedia.az/uploads/posts/2023-02/1676868824_r-1-1-1-2-2-1.jpg)
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:
Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
“20 Yanvar” dairəsində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində sıxlıq müşahidə olunur.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)