Gündəm / Dünya
22 aprel 2020
21

Xəbər 22/04/2020 09:57 İran ilk hərbi peykini orbitə çıxarıb

Milliinfo.az

İran ilk hərbi peykini orbitə çıxarıb


Xəbər 22/04/2020 09:57  İran ilk hərbi peykini orbitə çıxarıb
İran aprelin 22-də ilk hərbi peykini orbitə buraxıb.

Məlumatı “Sepah news” yayıb.

Bildirilib ki, sınaq uçuşu uğurla başa çatıb. “Nur” adlı peyk orbitə “Qasid” ikipilləli raketdaşıyıcısının yardımı ilə yerdən 425 km. məsafəyə çıxarılıb.

Uçuşu İran Silahlı Qüvvələrinin İslam İnqilab Keşikçiləri Qvardiyası həyata keçirib.

Xatırladaq ki, ABŞ qvardiyanı terrorçu təşkilatlar siyahısına daxil edib. Vaşinqton bu silahlı birləşmə sanksiyaya məruz qoyub.