Gündəm / Hadisə
27 aprel 2020
33

Pirallahı rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Milliinfo.azPirallahı rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Pirallahı rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakinləri Oleq Qarkaviyin idarə etdiyi “Hyundai” və Ə.Dilavərovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə O.Qarkaviy xəstəxanaya aparılarkən yolda ölüb, 1 sərnişini, habelə digər sürücü və onun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.