Gündəm / Siyasət
14 iyul 2023
0

İsrailin müdafiə naziri bulvardan şəkil paylaşdı



İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

Nazir tviterdə öz şəklini paylaşaraq “Azərbaycan, Bakıdan sabahınız xeyir” yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olmaqla yanaşı, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.