Gündəm / Cəmiyyət
05 sentyabr 2023
0
Ərzaq karvanı Ağdam-Xankəndi yolunda 8 gündür gözləyir
![Ərzaq karvanı Ağdam-Xankəndi yolunda 8 gündür gözləyir](https://azadmedia.az/uploads/posts/2023-09/1693891548_1693889025_1693800760_16935531585194333803_1200x630.jpg)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən 40 ton un, artıq 8-ci gündür ki, mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.
İçərisində 40 ton un olan yük avtomobilləri, avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda Rusiya sülhməramlı kondingentinin postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidə yaşayan erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![40 ton un yüklü karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir](https://azadmedia.az/uploads/posts/2023-09/1693801979_1693800058_karvan_car_040923_5-1.jpg)
40 ton un yüklü karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Gündəm / Siyasət![Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir](https://azadmedia.az/uploads/posts/2023-09/1693630393_dhj.jpg)
Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Gündəm / Cəmiyyət![Bakıdan ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır](https://azadmedia.az/uploads/posts/2023-09/1693544289_1140842-1.png)
Bakıdan ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır
Gündəm / Cəmiyyət![Rusiya sülhməramlıları vaxt istəyib, ərazidə çadırlar qurulur - YENİLƏNİB (FOTO)](https://azadmedia.az/uploads/posts/2023-08/1693330733_1693324928_64ee14d80e12864ee14d80e129169332450464ee14d80e12564ee14d80e126.jpeg)
Rusiya sülhməramlıları vaxt istəyib, ərazidə çadırlar qurulur - YENİLƏNİB (FOTO)
Gündəm / Cəmiyyət![Laçın-Xankəndi yolunda etirazlar 38 gündür davam edir - FOTO](https://azadmedia.az/uploads/posts/2023-01/1674017275_1099551-1.jpg)
Laçın-Xankəndi yolunda etirazlar 38 gündür davam edir - FOTO
Gündəm / Cəmiyyət