Gündəm / Cəmiyyət
18 sentyabr 2023
0

ABŞ Əhmədinejada sanksiya tətbiq etdi

ABŞ Əhmədinejada sanksiya tətbiq etdi


ABŞ İranın sabiq Prezidenti Mahmud Əhmədinejada və Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə məlumatı jurnalistlərə ABŞ Prezidenti Cozef Bayden verib.

Bayden bildirib: “Biz sanksiyalar siyasətini davam etdirərək İranın regionda hərəkət etməsinə imkan verməyəcəyik”.

İran mətbuatı isə qeyd edir ki, sabiq Prezident M.Əhmədinejadın nəinki Amerikada, heç İranda da əmlakı yoxdur. O, Tehranın qədim məhəlləsində atasından qalan evdə yaşayır və prezident təqaüdü alır. Mətbuat ABŞ-nin bu qərarını çox gülməli adlandırıb.

Xatırladaq ki, ABŞ-də dərc olunan “Fobers” jurnalı 2013-cü ildə apardığı araşdırmaya əsasən İran Prezidenti M. Əhmədinejadın dünyanın ən kasıb prezidenti olduğunu qeyd etmişdi.