Gündəm / Cəmiyyət
01 oktyabr 2023
1
Hərbi xidmətə növbəti çağırış BAŞLADI
![Hərbi xidmətə növbəti çağırış BAŞLADI](https://azadmedia.az/uploads/posts/2023-10/1696139954_1696137052_a8609e2f-6e5b-3be3-b007-19f29459b27e_850.jpg)
Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Belə ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il avqustun 16-da "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI](/uploads/posts/2021-10/medium/1633066849_1633061562.43.jpg)
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
Gündəm / Cəmiyyət![Azərbaycanda həqiqi hərbi xidmətə növbəti ÇAĞIRIŞ BAŞLAYIR](http://azadmedia.az/uploads/posts/2021-07/thumbs/1625113860_1625112891_0001.jpg)
Azərbaycanda həqiqi hərbi xidmətə növbəti ÇAĞIRIŞ BAŞLAYIR
Gündəm / Cəmiyyət![Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI](http://azadmedia.az/uploads/posts/2022-01/thumbs/1641021673_1601286121_esgerler_herbciler.jpg)
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
Gündəm / Cəmiyyət![Prezidentdən hərbi xidmətə növbəti çağırışla bağlı SƏRƏNCAM](http://azadmedia.az/uploads/posts/2022-09/1662210360_1662207320_herbi-cagris.jpg)
Prezidentdən hərbi xidmətə növbəti çağırışla bağlı SƏRƏNCAM
Gündəm / Cəmiyyət![Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı](/uploads/posts/2020-08/medium/1598449724_8f1fa766-c33d-3176-9d1a-e01e0cc470ec_850-1.jpg)
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Gündəm