Gündəm / Dünya
29 dekabr 2023
2

Kütləvi raket hücumları təkrarlana bilər - Umerov

Kütləvi raket hücumları təkrarlana bilər - Umerov


Ukraynanın müdafiə naziri Rüstəm Umerov Rusiyanın kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

O, bu barədə Feysbukda yazıb.

Nazir bildirib ki, Rusiyanın kifayət qədər raket ehtiyatı var:

“Qarşı tərəf belə hücumları təkrarlaya bilər və təkrarlayacaq”.

Qeyd edək ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Nəticədə 19 adam həlak olub.