Gündəm / Dünya
26 yanvar 2024
0

Türkiyədə avtobus aşıb, 4 nəfər ölüb, xeyli yaralı var


Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.

Şəhərin Taşköprü rayonunda avtovusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.(“TRT Haber”)