Gündəm / Dünya
08 fevral 2024
1
Ərdoğan Putin-Zelenski görüşü TƏKLİF EDƏCƏK
Rusiya prezidenti Vladimir Putinin planlaşdırılan səfəri zamanı Türkiyə tərəfi onun Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşünü təşkil etməyə hazır olduğunu bir daha bəyan edəcək.
Bu haqda Ankaradakı diplomatik mənbə “Ria Novosti”yə bildirib.
"Bildiyiniz kimi, cənab prezident Rəcəb Tayyib Ərdoğan sülh prosesində uduzan tərəflərin olmayacağı tezisi ilə çıxış edir. Səfər zamanı rəsmi Ankaranın liderlərin görüşünü təşkil etməyə hazır olduğu vurğulanacaq”, - agentliyin həmsöhbəti bildirib.Onun sözlərinə görə, eyni zamanda, Türkiyə münaqişənin həlli ilə bağlı öz ideyalarını heç bir tərəfin üzərinə qoymur.
"Türkiyənin əsas məqsədi qanı dayandırmaqdır. Başqa məqsədləri yoxdur. Tərəflər razılaşarsa, Türkiyə bütün lazımi vasitəçiliyi göstərməyə hazırdır", - diplomatik mənbə bildirib
Diplomatik mənbənin bildirdiyinə görə, Putinin Türkiyəyə səfəri aprelin sonu - mayın əvvəlində gözlənilir.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Ərdoğandan Putinin Türkiyə səfəri ilə bağlı daha bir AÇIQLAMA](https://azadmedia.az/uploads/posts/2023-07/1688993729_1688991493_default-2-1.jpg)
Ərdoğandan Putinin Türkiyə səfəri ilə bağlı daha bir AÇIQLAMA
Gündəm / Dünya![Ərdoğan Zelenskiyə Putinlə görüş təklif edəcək - KİV](http://azadmedia.az/uploads/posts/2022-08/1660811970_zelenski-erdogan.jpg)
Ərdoğan Zelenskiyə Putinlə görüş təklif edəcək - KİV
Gündəm / Dünya![Ərdoğan bu tarixdə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir](https://azadmedia.az/uploads/posts/2023-03/1678347206_1678346503_0e9688b0-28a5-4d50-946b-ee0b85860037-1.jpg)
Ərdoğan bu tarixdə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir
Gündəm / Dünya![İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər](http://azadmedia.az/uploads/posts/2022-08/1660155965_1660152666_8499b5b2d9df5afb715127c9b7be6a905570a620.jpg)
İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər
Gündəm / Dünya![Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə GETDİ](https://azadmedia.az/uploads/posts/2023-07/1688754853_1688753503_upload-2022-08-18t125056z_1098667278_rc20zv9rwo3q_rtrmadp_3_ukraine-crisis-erdogan-zelenskiy-pic_32ratio_900x600-900x600-63676.jpg)
Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə GETDİ
Dünya