Gündəm / Cəmiyyət
06 mart 2024
0
Rəsulzadənin anım günüdür
![Rəsulzadənin anım günüdür](https://azadmedia.az/uploads/posts/2024-03/1709700540_1709669144_59cffe70-14b5-33fd-b259-eca7d9c7eb8a_850.jpg)
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və dörd il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.
1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.
Qeyd edək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Ötən il isə dövlət başçısı Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür](https://azadmedia.az/uploads/posts/2023-01/1675136798_tia_d74979a7d72951d4f5b22165a4f22bcd_kfvgzr8t27us3a9mx50y.jpg)
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Gündəm / Cəmiyyət![Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür](http://azadmedia.az/uploads/posts/2022-01/1643603764_1643572981_ba5863bd-911a-3ca8-a922-c4fb4cc40688_850-1.jpg)
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Gündəm / Cəmiyyət![Azərbaycanda Müstəqillik Günüdür](https://azadmedia.az/uploads/posts/2023-05/1685255326_192828_q5wsp56b5v.jpg)
Azərbaycanda Müstəqillik Günüdür
Gündəm / Siyasət![Azərbaycanda Müstəqillik Günü qeyd olunur](http://azadmedia.az/uploads/posts/2022-05/1653719224_1653682269_1653681934.jpg)
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / Siyasət![Rəsulzadənin ev-muzeyi yaradıldı - VİDEO](https://www.xeberler.org/uploads/posts/2024-01/medium/1706696671_1706692999_ef5684922b922262541b2a15a9a3bb09.jpg)
Rəsulzadənin ev-muzeyi yaradıldı - VİDEO
Gündəm / Cəmiyyət