Gündəm / Cəmiyyət
30 mart 2024
0

Xankəndiyə DYP rəisi təyin edildi


Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinə yeni rəis təyin edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininin rəisi təyin olunub.