Gündəm / Cəmiyyət
05 aprel 2024
1

Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı



Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb.

Bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, bu il birinci sinifə qəbul may ayında başlayacaq.