Gündəm / Siyasət
08 aprel 2024
0

Ceyhun Bayramov Qırğızıstana yola düşdü



Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.