Gündəm / Hadisə
07 may 2024
0

Tərtər məktəbliləri arasında dava - 1 nəfər öldü



Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib.

Hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.

Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Trend)