Gündəm / Cəmiyyət
04 iyun 2024
0

32 yaşında Naxçıvanda nazir oldu

32 yaşında Naxçıvanda nazir oldu

Naxçıvan Muxtar Respublikasında ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikasıv Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, 1992-ci il təvəllüdlü Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, X.Mustafayev 20 may 2023-cü ildən bu təyinatadək Naxçıvan MR-in ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.