Gündəm / Siyasət
06 iyun 2024
0

İlham Əliyevin yeni təyin etdiyi səfir KİMDİR...

İlham Əliyevin yeni təyin etdiyi səfir KİMDİR...

 
Xəbər verdiyimiz kimi,  Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, bu vəzifədə Şahin Abdullayevi əvəz edib.

Səfirin dosyesini təqdim edirik:

Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub. O, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (7 fevral 2018 — 28 dekabr 2022) olub. 

O, ötən ildən Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Evlidir,iki övladı var