Gündəm / Cəmiyyət
01 avqust 2024
0

Onlara Prezidentin fərdi təqaüdü verildi


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qurbanova Firəngiz Ağa Dadaş qızı və Rüstəmov Akif Zabi oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Qeyd edək ki, kino rəssamı, animasiya rejissoru Firəngiz Qurbanova “Birlik” animasiya studiyasının rəhbəridir.

O, 12 mart 1943-cü ildə Bakıda anadan olub. “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon”, “Ad günü” və s. bədii filmlərin quruluşçu rəssamıdır.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülüb.

O, aktyor Ağadadaş Qurbanovun qızı, mərhum Xalq artisti Gülşən Qurbanovanın bacısıdır.

Rejissor Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub.

“Azərbaycanfilm” kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb
Cesar
Feel free to visit my page ... Daycares popular listings; stillingerlaw.com,
Clarice
my web blog - Daycare Near Me - Find The Best Daycares Near You
- Rocco,

my web page Daycare Near Me
Kate
Also visit my web blog ... facebook for sex, votefit.org,
Glory
Look into my blog post ... Mellissa
Nelson
Feel free to visit my homepage: Daycare Near Me By State [r.os.p.e.r.les.c]
Lavonne
Feel free to surf to my homepage; Poker Casino
Tracey
My webpage Daycare Near Me By State (Leoma)