Gündəm
12 iyul 2020
36

Ermənilər Tovuzun Ağadam kəndi istiqamətində hucuma keçdilər - Döyüşlər gedir

Milliinfo.az


Millitv.az Bu gün Tovuz rayonunun Ağdam kəndinin sakinlərindən aldığı məlumata görə səhər saatlarından başlayaraq avtomat silahlarından mövqeylərimizə ara- sıra atəşlər açan erməni təcavüzkarları günorta saatlarından başlayaraq Azərbaycan ordusunun Ağdam kəndi istiqamətində ki, mövqeylərini iri çaplı silahlardan və top mərmilərindən atəşə tutublar.Düşmənin bu hucumunu cavabsız qoymayan ordumuz erməni təcavüzkarlarının mövqeylərini layiqli zərbələr endirib. Ümumilikdə bu gün səhər saat 10 radələrindən başlayan atışmalar saat 17:30 dək davam edib.

Tovuzun Ağdam kəndinin sakinlərinin verdiyi məlumatda bu intensiv döyüşdə kənd sakinlərinə ciddi bir ziyanın dəyilmədiyini qeyd etdilər. Baş verən döyüşdə hərbiçilərin xəsarət alıb – almaması barədə məlumatsız olduqlarını bildirdilər