Gündəm / Cəmiyyət
06 avqust 2024
0

Məktəbəhazırlıq qruplarına 22 mindən çox uşaq qeydiyyatdan keçib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 22 442 uşaq elektron qeydiyyatdan keçib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-dan aktiv edilib.