Gündəm / Təhsil
06 avqust 2024
1

Baki Ali Neft Məktəbinin Xətaidəki filialı KÖÇÜRÜLÜR


Bakı Ali Neft Məktəbinin (BANM) Xətai rayonunda yerləşən inzibati binası köçürülür.

Yeni tədris ilində Universitetin Xocalı prospektində yerləşən filialı başqa binada fəaliyyət göstərəcək

BANM-ın mətbuat xidməti saytımıza açıqlamasında məlumatı təsdiqləyib. O, bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən binada Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi gözlənilir.