Gündəm / Mədəniyyət
07 avqust 2024
0

Prezidentdən Rafael Hüseynovla bağlı - Sərəncam

Prezidentdən Rafael Hüseynovla bağlı - Sərəncam

Prezident İlham Əliyev Rafael Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R. Hüseynov 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur. Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

Avqustun 12-si onun 70 yaşı tamam olur.