Gündəm / İdman
07 avqust 2024
0

Həsrətin yarımfinaldakı rəqibi də azərbaycanlıdır

Həsrətin yarımfinaldakı rəqibi də azərbaycanlıdır

Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinala yüksələn Azərbaycan güləşçisi Həsrət Cəfərovun rəqibi məlum olub.

İdmançımız bu mərhələdə Ukraynanı təmsil edən Azərbaycanəsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

P.Nəsibov 1/4 finalda qırğızıstanlı Amantur İsmayılova qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.