Gündəm / Hadisə
12 avqust 2024
1

Sumqayıtda “Lexus” aşdı, ölən var

Sumqayıtda “Lexus” aşdı, ölən var

Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib.

Ötən gecə saat 00:30 radələrində 1991-ci il təvəllüdlü Elşad Məhəmmdəli oğlu Musayevin idarə etdiyi “Lexus” markalı avtomobil Hacı Zeynalabdin qəsəbəsinə gedən yolda aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.