Gündəm / İdman
12 avqust 2024
0

Renat Dadaşov debüt oyununda qol vurdu - Video

Renat Dadaşov debüt oyununda qol vurdu - Video

Türkiyə 1-ci liqasında ilk turun matçları keçirilir.

Millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” evdə “Şanlıurfaspor”la qarşılaşıb. Görüş 2:0 hesabı ilə paytaxt klubunun xeyrinə başa çatıb.

Dadaşov 67-ci dəqiqədə meydana çıxıb və 77-ci dəqiqədə komandasının ikinci qolunu vurub.