Gündəm / Siyasət
14 avqust 2024
0

Prezident Paris-2024-də medal qazanmış idmançıları qəbul etdi

 
Prezident Paris-2024-də medal qazanmış idmançıları qəbul etdi


Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.