Gündəm / İdman
16 avqust 2024
0

Konfrans Liqası: "Zirə"nin Bakıdakı oyununu latviyalı hakim idarə edəcək

Konfrans Liqası: "Zirə"nin Bakıdakı oyununu latviyalı hakim idarə edəcək

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək hakim müəyyənləşib.

"Report"un məlumatına görə, matç Latviyadan olan Vitaliys Spasyonnikovsa tapşırılıb.

Qeyd edək ki, avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.

İlk görüş avqustun 22-də baş tutacaq.