Gündəm
14 iyul 2020
58

Düşmən Tovuzun yaşayış məntəqələrini və Ordumuzun mövqelərini atəşə tutmağa başlayıb

  Düşmən Tovuzun yaşayış məntəqələrini və Ordumuzun mövqelərini atəşə tutmağa başlayıb

Milliinfo.az


Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.

Xezerxeber.az-ın məlumatın a görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu gün saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.