Gündəm / Cəmiyyət
30 avqust 2024
0

Göygöldə 5 nəfər zəhərləndi: 10 yaşlı qız öldü

Göygöldə 5 nəfər zəhərləndi: 10 yaşlı qız öldü


Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub.

Hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.

Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.

***

Göygöldə zəhərlənmə səbəbindən ölən azyaşlının kimliyi müəyyən olunub.

Məlumata görə, o, 2014-cü il təvəllüdlü A.Orucovadır.

Digərlərinin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)