Gündəm / Hadisə
10 sentyabr 2024
0

Başına silah dayayıb 30 milyon istədi - Gecəki basqının detalları - Video



Xəbər verdiyimiz kimi, sentyabrın 9-u axşam saatlarında Binəqədi rayonu Abay Kunanbayov küçəsində evə silahlı basqın olub. Polis əməkdaşları bir ailəni cinayətkarın əlindən xilas edib.

İlkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.

Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.

Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Şükürov zərərsizləşdirilib.(Baku TV)

Ətraflı videomaterialda: