Gündəm / Siyasət
10 sentyabr 2024
2

Paytaxtın bu ərazilərində qaz olmayacaq


Sabunçu rayonu, Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, “Ələt” QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədi ilə 11.09.2024-cü il tarixdə saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin, Qaradağ rayonu üzrə isə Ələt qəsəbəsinin, Qobustan qəsəbəsinin Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.