Gündəm / Hadisə
12 sentyabr 2024
0

Müqayis Verdiyev həbs edildi


Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.

Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun olduğu yer müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 24 gün müddətə həbs qətimkan tədbiri seçilib.(Avtosfer)