Gündəm / Dünya
12 sentyabr 2024
0

Donetskdə BQXK-nin avtomobili atəşə tutulub - Üç ölü, iki yaralı

Donetskdə BQXK-nin avtomobili atəşə tutulub - Üç ölü, iki yaralı

Rusiya ordusu Donetsk vilayətinin Verolubovka kəndində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Donbass prokurorluğunun yaydığı məlumata görə, BQXK əməkdaşları evləri qızdırmaq üçün yerli sakinlərə yanacaq briketləri paylamaq üçün əraziyə gəliblər.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı məlumat yayaraq hücumu Rusiyanın növbəti hərbi cinayəti adlandırıb.