Gündəm / Cəmiyyət
14 avqust 2020
62
DİN Aşura günü ilə bağlı əhaliyə xəbərdarlıq edib
Milliinfo.az
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb: “İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır](/uploads/posts/2020-08/medium/1596575167_15965713122461545202_1000x669.jpeg)
Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır
Cəmiyyət![Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək](/uploads/posts/2020-08/medium/1596259914_565f247c07956c9.jpg)
Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Sosial![DİN-dən əhaliyə XƏBƏRDARLIQ](/uploads/posts/2020-05/medium/1589377558_1381314.jpg)
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Cəmiyyət / Sosial![Azərbaycanda karantin dövründə dini ayinlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb](/uploads/posts/2020-05/medium/1590056967_mosque_310815-1.jpg)
Azərbaycanda karantin dövründə dini ayinlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb
Cəmiyyət![Xüsusi karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ](/uploads/posts/2020-07/medium/1595148850_1386213.jpg)
Xüsusi karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
Gündəm